Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Bəyməmməd Quliyev: “Xocalılar Zəfər Günündə Xocalı soyqırımı abidələri önünə qələbə müjdəsini çatdırmağa tələsdilər”

0

  •                       Birinci Qarabağ savaşları zamanı torpaqlarımızın
    müdafiəsi uğrunda yüzlərlə şəhid vermiş xocalılar igid oğul və qızların hünərləri
    ilə daim fəxr edirlər. Aylarla
    düşmən mühasirəsində köməksiz qalan xocalılar mübarizliyi, döyüşkənliyi ilə
    torpağa nə qədər bağlı olduqlarını göstərdilər. 1992-ci il fevralın 25-dən
    26-na keçən gecə erməni quldurları Rusiyanın 366-cı motoatıcı alayının iştirakı
    ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı soyqırım törətdilər.
    Ancaq xocalılar düşmən önündə əyilmədi, sona qədər mərdliklə mübarizə
    apardılar. Baxmayaraq ki, mənfur düşmən Xocalını yer üzündən sildi, lakin
    xocalılıları sonuncu nəfərinə kimi məhv etməyi bacarmadı. Bu gün də xocalılılar
    erməni vandalizminin ifşasında var qüvvələri
    ilə iştirak edir. Bəli, xocalılılar da “Dəmir yumruq”la düşmən başına ağır zərbə
    endirənlərin sırasında öz sözlərini dedilər, qisaslarının alınmasında öz güclərini,
    qeyrət və vətənpərvərliklərini göstərdilər.

            2020-ci
    il sentyabrın 27-də başlayan Vətən Müharibəsi 30 ilə yaxındır düşmən tapdağı
    altında inildəyən torpaqlarımızın həsrətilə yaşayan, səbri tükənmiş bir xalqın ən
    böyük arzusu, müqəddəs haqq savaşı oldu. Bu haqq savaşının sonunda qələbə
    qazanan  Müzəfər Azərbaycan Ordusu öz
    gücü, məharəti ilə bütün dünyanı heyran etdi. Vətən müharibəsində şəhidlərimiz,
    qazilərimiz bizim yenilməzlik, qəhrəmanlıq simvolumuza çevrildilər. Məhz,
    onların sayəsində qələbə sevincini, qürurunu yaşayırıq.

            Xocalı
    da neçə-neçə qəhrəmanlar, mərd oğullar yetişdirib. Öz dədə-baba torpağını görməyən
    Xocalı gəncləri qəhrəman oğullarımızın döyüş yolundan ilhamlanaraq Vətən
    müharibəsinə könüllü yazıldılar. Xocalı igidləri qəhrəmanlarımızın şərəfli
    döyüş yolunu davam etdirməyi özlərinə borc bildilər. Vətənpərvər oğullarımız
    torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda, həm də şəhidlərimizin
    qisasını almaq məqsədilə döyüşlərə qatıldılar, öz şücaətlərini göstərdilər.
    Aprel döyüşlərində olduğu kimi, Vətən müharibəsində də Xocalı rayonundan olan
    döyüşçülər şəhidlik mərtəbəsinə ucaldılar. 
    Bu müharibədə şəhidlik mərtəbəsinə ucalan səkkiz  xocalı balasının da məzarı müqəddəs ziyarət
    yerimizə çevrildi. 44 günlük müharibədə Xocalı rayonundan qazilər də oldu.

           Hələ
    Xocalının özündə ikən həmrəy olan xocalılar köçkünlük illərində də
    respublikamızın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmaqlarına baxmayaraq,
    daim bir-birilərini axtarıblar, xeyir-şərdə bir yerdə olublar. Xocalı müsibətini
    yaşayan sakinlərimiz qisasımızın alınması üçün, torpaqlarımızın işğaldan azad
    olunması uğrunda əsl vətəndaş kimi arxa cəbhədə fədakarlıqları ilə xalqımızın
    birliyini bir daha təcəsssüm etdirdilər.

            Xocalı
    soyqırımından 29 il ötsə də, onun yarası heç 
    vaxt qaysaqlamır, ağrısı-azarı səngimir, soyqırımın müsibətləri daim ürəkləri
    parçalayır. Hər fevral ayı gələndə xocalılar üçün sanki həmin müsibətli günlər
    yenidən qayıdır. Ancaq Vətən müharibəsində 
    Şanlı, Müzəffər Ordumuzun düşmən üzərində qələbəsindən və Xocalı qatillərinin
    məhvindən sonra xocalıların üzünə sevinc, qəlbinə fərəh gəldi. Xocalı müsibəti
    Xocalıya qayıdarkən səngiyə, şəhidlərimizin ruhu o zaman şad ola bilər. Biz bu
    amalla daim dövlətimizə, ölkə başçısına sadiq olmuşuq. İnamımız, müqəddəs
    arzumuz gerçəkləşir. Zəfər Günündə bəşər tarixində ən ağır faciəni yaşamış
    xocalıların ilk ziyarət yeri şəhidlərimizin ruhlarının əbədiləşdirilməsi üçün
    ucaldılmış abidələr oldu. Hər dəfə faciəmizi yad etmək üçün getdiyimiz abidələr
    önünə bu dəfə həm də qələbə müjdəsini çatdırmaq üçün tələsdik. Artıq xocalılar ədalət
    rəmzi olan Xocalıya qayıdacaqları günə hazırlaşırlar.

    Bəyməmməd
    QULİYEV,

    Xocalı
    rayonunun Kosalar kənd sakini,

    təqaüdçü
    müəllim
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib22 dəfə
    Bəyməmməd Quliyev: “Xocalılar Zəfər Günündə Xocalı soyqırımı abidələri önünə qələbə müjdəsini çatdırmağa tələsdilər”

    Maraqlı gələ bilər
    23
    17
    59